Kluninin arvadı Ermənistanı təmsil edəcək

Kluninin arvadı Ermənistanı təmsil edəcək
  23 Dekabr 2014    Oxunub:2197
Amerikalı aktyor Corc Kluninin arvadı – məşhur vəkil Amal Rəmzi Kluni (Alamuddin) Ermənistanı Avropa İnsan Haqları üzrə məhkəmədə təmsil edəcək.

Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Amal Alamuddin “Doğu Perinçek İsveçrəyə qarşı” işi üzrəm Ermənistanı təmsil edəcək vəkillərdən biri olacaq.

Qeyd edək ki, iş üzrə məhkəmə gələn ay Strasburqda keçiriləcək.

Məlumata əsasən məhkəmədə Ermənistanın maraqlarını Ceffri Robertson, Amal Alamuddin kimi nüfuzlu vəkillər qoruyacaq. Bundan əlavə məhkəmədə Ermənistan Hökumətinin Avropa Məhkəməsindəki nümayəndəsi və baş prokuror Qevork Kostanyan və Emil Babayan da iştirak edəcək.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti