2015-ci il Beynəlxalq işıq ili elan edildi

2015-ci il Beynəlxalq işıq ili elan edildi
  31 Dekabr 2014    Oxunub:2259
Beynəlxalq Millətlər Təşkilatı 2015-ci ili Beynəlxalq İşıq və İşıq Texnologiyaları İli elan edib.
AzVison.az xəbər verir ki, işıq ilinin keçirilməsi enerji təminatı, təhsil, kənd təsərrüfatı və səhiyyə problemlərinin qlobal miqyasda həllinə işıq texnologiyalarının yardımçı olması barədə ümumi məlumatlılıq səviyyəsini artırmağa xidmət edir. Bu texnologiyalar vaxtilə elektronikanın XX əsrə gətirdiyi dəyişikliklərə bənzər yeniliklərin tətbiqinə xidmət edir.

2015-ci ildə UNESCO elmi birliklərlə bərabər qabaqcıl və inkişaf etməkdə olan ölkələrdə həyat keyfiyyətini yaxşılaşdırmağa xidmət edən yeni işıq texnologiyalarının tətbiqinə nail olmağa çalışacaq.

Beynəlxalq İşıq İli gələn il yanvarın 19-20-də UNESCO-nun Parisdəki qərargahında təşkil ediləcək mərasimlə açılacaq. Bəşəriyyət elmi işığın təbiətini başa düşməyə imkan verən fundamental nailiyyətlərlə zənginləşdirən şəxsiyyətlərin - İbn əl-Haytəm, Oqüsten Jan Frenel, Ceyms Klerk Maksvel, Albert Eynşteyn və Çarlz Kaonun xatirəsinə ehtiramlarını bildirəcəklər.

AzVision.az


Teqlər:





Xəbər lenti