Türk müğənni yarım milyona Bakıya gəlir
Türk mətbuatının iddialarına görə, müğənniyə Azərbaycan kanallarından birindən münsif kimi iştirak etməsi üçün hər bölümünə 35 min dollarlıq təklif gəlib. Müğənni öncədən bu təklifi qəbul etməsə də, yenidən bu haqda müsbət qərar verib və kanalın təklifini qəbul edib.
Bildirək ki, yarışma 13 bölümdən ibarət olacaq və hər bölüm üçün Hande Yenərə 35 min dollar ödəniləcək. Ümumilikdə telekanal müğənniyə 455 min dollar pul ödəyəcək.
Sevinc
Teqlər: