Ebru Gündeş yenə həmyerlimizi seçdi

Ebru Gündeş yenə həmyerlimizi seçdi
  13 Yanvar 2015    Oxunub:2633
Son zamanlar Azərbaycanın daha maraqla izlədiyi “O səs Türkiyə”nin növbəti duel günündə Məltəm Abbasova səhnəyə çıxıb.
AzVision.az axşam.az-a istinadən xəbər verir ki, Rusiyada doğulub-böyüyən Məltəm komanda yoldaşı Nesil Ayan ilə Ceyms Braunun “I feel good” mahnısını səsləndirib.

Komanda rəhbəri Ebru Gündeşin qərarıyla həmyerlimiz duelin qalibi olub.

Qeyd edək ki, Acun İlicalının aparıcılığı ilə Türkiyənin “TV8” telekanalında yayımlanan proqramın münsiflər kürsüsündə müğənnilər Hadisə, Ebru Gündeş, Gökhan Özoğuz, Mazhar Alanson və Özkan oturub.


Teqlər:





Xəbər lenti