“Charlie Hebdo”dan üç milyonluq rekord

 “Charlie Hebdo”dan üç milyonluq rekord
  14 Yanvar 2015    Oxunub:2527
Bu gün Fransada satışa çıxarılan “Cahrlie Hebdo” satirik jurnalının yeni nüsxəsi satışa çıxarılıb.

Bu barədə AzVision.az “İTAR-TASS” agentliyinə istinadən xəbər verir.

Lakin Parisdə qəzet köşklərinin açılmasından cəmi bir saat sonra jurnalın yeni nüsxəsini tapmaq mümkün olmayıb. Belə ki, satirik jurnalın üç milyonluq tirajı tamamilə satılıb.

“Hazırda bir çox insanlar “Charlie Hebdo”nu almaq istəyir. Bizim əvvəlki dövrə nisbətən daha çox jurnal almağımıza baxmayaraq əldə etdiyimiz jurnalların hamısı satılıb”, - deyə köşk idarə edən sahibkarlardan biri vurğulayıb.

Qeyd edək ki, bu “Charlie Hebdo”nun yanvarın 7- baş verən terror aktından sonra dərc olunan ilk sayıdır.

Xatırladaq ki,, yanvarın 7-i Fransanın paytaxtı Parisdə “Charlie Hebdo” satirik jurnalının ofisinə silahlı hücum olub. Silahlı hücum nəticəsində 12 nəfər öldürülüb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti