Gözlərinizə inanmayacaqsınız! - VİDEO

Gözlərinizə inanmayacaqsınız! - VİDEO
  15 Yanvar 2015    Oxunub:2529
Görünüşə görə yaxın zamanlarda bu sistemdən istifadə etmək elədə çətin olmayacaq. Amerikalı "Local Motors" adlı mühəndislik şirkəti Detroit sərgisində inqilabi bir kəşfə imza atıb.

Şirkət tamaşaçaıların gözü qarşısında tamamilə 3 ölçülü printerdən çıxarılan ilk maşını nümayiş etdirdi. Maşın testdən də keçirilib. "Strati" adlı maşının daha öncə bir necə prototipi hazırlanıb və sərgilənib.

Maşının təkərlərindən başqa demək olar ki, hər şeyi - mühərriki, naqilləri, ötürücüləri hər şeyi 3D printerdən çıxıb. Bu gün adi bir maşının 5-6 min mexanik hissəsi var. "Strati"də isə bu rəqəm 49-a kimi azalıb. Onların 44-ü 3D printerdən çıxır. Bütün hissələrin printerdən çıxması 44 saata başa gəlib.

Maşının istehsalında "leqo" oyuncaqlarında istifadə edilən termpoplastik məhsuldan istifadə edilir. 550 kq çəkisi olan maşın elektrikli mühərriki ilə 65 km sürətlə hərəkət edir və bir dəfə enerji yığmaqla 193 km yol gedir.

Maşının 25 min dollardan satışa çıxarılması planlaşdırlır.




Teqlər:





Xəbər lenti