“Elm haqqında” qanun layihəsi I oxunuşda qəbul edildi

“Elm haqqında” qanun layihəsi I oxunuşda qəbul edildi
  24 Fevral 2015    Oxunub:2597
Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Elm haqqında” qanun layihəsi I oxunuşda qəbul edilib.
AzVision.az xəbər verir ki, qanun layihəsi elmi fəaliyyət sahəsində dövlət siyasətinin məqsəd və prinsiplərini, elmi fəaliyyətin subyektlərinin və iştirakçılarının hüquq və vəzifələrini, elmi fəaliyyətin təşkilati, hüquqi əsaslarını müəyyənləşdirəcək.

Qanun layihəsi, həmçinin vətəndaşların əqli potensialının reallaşması və elmi nailiyyətlərdən istifadə edilməsində məqsədyönlü fəaliyyətin həyata keçirilməsi üçün hüquqi zəmin yaradacaq.

Qanun layihəsində elmi işçinin hüquq və vəzifələri, attestasiyası, işə qəbul qaydası, elmi dərəcə və adlar, elmi işçilərin sosial müdafiəsi, onların mükafatlandırılması, elmi fəaliyyətin stimullaşdırılması mexanizmləri, beynəlxalq elmi əməkdaşlıq və digər məsələlər əksini tapıb”.

Bununla da MM-in bugünkü plenar iclası işini yekunlaşdırıb.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti