Di Kaprio evini kirayə verir - FOTOLAR

Di Kaprio evini kirayə verir - FOTOLAR
  12 Mart 2015    Oxunub:2274
Tanınmış Hollivud ulduzu Leonardo di Kaprio ABŞ-ın Kaliforniya ştatındakı villasını kirayə verir.
AzVision.az xəbər verir ki, villanın bir gecəlik kirayə haqqı 4 min 500 dollardır. 40 yaşlı aktyorun evi 5 min kvadrat metrdir və villada tenis kortu, hovuz və SPA mərkəzi var.

Villada Leonardonun öz yataq otağından əlavə qonaqlar üçün nəzərdə tutulmuş yaşıl, qırmızı və mavi rəngdə dekorasiya edilmiş 3 yataq otağı var. Ümumilikdə isə villada 8 vanna otağı, 6 yataq otağı qonaqlar üçün nəzərdə tutulub.

Bundan əlavə qonaqlara qulluq etmək üçün evdə xidmətçilər də var.

Fatimə Kərimli

Qalereya




Teqlər:





Xəbər lenti