Bu yerlərdə “selfie” çəkmək qadağandır

Bu yerlərdə “selfie” çəkmək qadağandır
  14 Mart 2015    Oxunub:2841
İtaliyanın paytaxtı Romada yerləşən və dünyanın ən məşhur tarixi abidələrindən hesab olunan Kolizeydə selfie çubuğu şəkil çəkdirmək qadağan edilib.
AzVision.az xəbər verir ki, bu qadağanın səbəbi selfi çubuğunun tarixi abidəyə ziyan vurması ilə izah edilib. Gün ərzində 16 minə yaxın adamın baş çəkdiyi abidənin 2 min yaşı var.

Qeyd edək ki, bir müddət əvvəl Kolizeydəki divarlardan birinin üzərinə adlarının baş hərfini yazıb selfi çubuğu ilə şəkil çəkdirən iki amerikalı həbs olunmuşdu.

Məlumat üçün bildirək ki, selfi çubuğundan istifadə Kolizeylə yanaşı Amerikanın Müasir İncəsənət Muzeyində, London Milli Qalereyasında və Fransada yerləşən Versal sarayında qadağandır.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti