`Azərbaycanca-Gürcücə lüğət` təqdim olundu

`Azərbaycanca-Gürcücə lüğət` təqdim olundu
  19 İyun 2015    Oxunub:3553
Bu gün Atatürk Mərkəzində Azərbaycan və Gürcüstan ziyalılarının iştirakı ilə “Azərbaycanca-Gürcücə lüğət” adlı kitab tədqim edilib.

Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun rəhbəri, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin rəhbəri Qənirə Paşayevanın təşkilatçılığı ilə baş tutan təqdimatda öncə Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat, filologiya elmləri doktoru, professor Nizami Cəfərov çıxış edib. O bildirib ki, belə bir sözlüyün nəşr edilməsi Azərbaycan- Gürcüstan xalqları arasında dostluq və mədəni münasibətlərə böyük bir töhfədir.

Qənirə Paşayeva Əli Xəlillinin tərtib etdiyi lüğətin Azərbaycan--Gürcüstan ictimai-mədəni münasibətləri baxımından əhəmiyyətli hadisə olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu kitabın ən önəmli cəhəti odur ki, Gürcüstanda yaşayan soydaşlarımız Gürcüstan cəmiyyətinə daha yaxşı inteqrasiya oluna biləcəklər. Kitab Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları ərazilərdə məktəblərə, kitabxanalara, digər elm və təhsil müəssisələrinə pulsuz hədiyyə ediləcək.

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov nəşrin əhəmiyyətini vurğulayaraq, daha geniş auditoriyanın ondan faydalaması üçün kitabın elektron versiyasının virtual kitabxanalarda yayımlanmasının vacibliyini qeyd edib.


Teqlər:





Xəbər lenti