Ərdoğanın müşaviri CNN-i mat qoydu-VİDEO

Ərdoğanın müşaviri CNN-i mat qoydu-VİDEO
  13 İyun 2013    Oxunub:1258
Xəbər aparıcısı Ərdoğanın baş müşavirinin sualları qarşısında aciz qalıb.
“CNN International” telekanalının tanınmış xəbər aparıcısı Kristian Amanpur “Gəzi parkı” hadisələrini şərh edərkən birbaşa telefon əlaqəsi ilə proqramda iştirak edən rəsmi Ankara məruzəçisinin sözünü ağzında qoyub. Məlumata görə, aparıcı Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın baş müşaviri İbrahim Kalının sualına cavab verə bilməyib. Qeyd edək ki, İbrahim Kalının verdiyi sual Amanpurda şok effekti yaradıb.

İbrahim Kalın ilk olaraq, “DHKP-C (İnqlabçı Xalq Qurtuluşu Partiyası - Cəbhəsi) tərəfdarları Türkiyənin ABŞ-dakı səfirliyində partlayış törədəndə terrorçu, Taksimə çıxanda, demokrat etirazçı olur?” deyə soruşub.

Baş müşavirin növbəti sualı isə birbaşa əlaqənin kəsilməsi ilə nəticələnib. “Əllərində “Molotov kokteylləri” və dəyənəklər olan insanların Ağ evə yürüş etmələrini və dövlət əmlakına ziyan vurmasını düşünə bilirsinizmi?” sualına aparıcı “Cənab Kalın kəsməyə məcburam. Proqram qurtardı” deyərək cavab verib və telefon əlaqəsi kəsilib.

Xatırladaq ki, fevralın 1-də DHKP-C terror təşkilatının üzvü olan Alişan Şanlı ABŞ-ın Ankaradakı səfirliyində partlayış törədib. Terror hadisəsi nəticəsində təhlükəsizlik xidmətinin bir əməkdaşı ölüb, ölkənin tanınmış aparıcılarından biri olan Didem Tuncay aldığı xəsarətlə gözünün birini itirib.



Səbinə
AzVision.az


Teqlər:  





Xəbər lenti