BMT: Suriyada ölənlərin sayı 93 minə çatdı

BMT: Suriyada ölənlərin sayı 93 minə çatdı
  13 İyun 2013    Oxunub:1269
BMT-nin məlumatına görə, Suriya münaqişəsində ölənlərin sayı 93 minə çatıb.
AzVision.az BBC-yə istinadən məlumat verir ki, 2012-ci ilin noyabrında ölüm sayı 30 min idi.

BMT-nin insan hüquqları üzrə rəsmisi bildirib ki, keçən ilin iyulundan bəri Suriyada hər ay 5 min insan ölür. Rəsminin sözlərinə görə, bu statistika düzgün hesablanmır, çünki bəzi ölüm faktları gizlədilir. Statistikaya görə ölənlərin 80 faizi kişilərdir, ölən 1700 uşaq isə 10 yaşınadəkdir. Suriya hökuməti və üsyançılar qız və oğlan uşaqlarını terrora cəlb edir.

AzVision.az


Teqlər:





Xəbər lenti