Nasist Almaniyasının gizli yəhudi dosyesi - TARİXİ ARAŞDIRMA

Nasist Almaniyasının gizli yəhudi dosyesi - TARİXİ ARAŞDIRMA
  24 Noyabr 2015    Oxunub:12426
Adolf Ayxman adı çoxlarına heç nə demir. Halbuki bu adamın fəaliyyəti gizli bir həqiqəti üzə çıxarır: Nasist Almaniyası heç də bilindiyi qədər yəhudi düşməni olan bir dövlət deyildi. Orada başqa oyunlar gedirdi...

Adolf Ayxmanın sionizmə ilk sevgisi Adolf Hitlerin sevimli memarı Albert Şpeerin ona verdiyi “Der Judenstaat” adlı kitabı oxuduqdan sonra yaranıb. Bəs sionizmə xidmət etmiş bir şəxs - Adolf Ayxman necə olur ki, sonradan İsrail tərəfindən edam olunur?

Birinci versiyaya görə, Adolf Ayxmanın edamı keçmiş gizli sirlərin, sionistlərlə əməkdaşlığın məxfi bilgilərin üzə çıxmamasına xidmət edirdi. İkinci versiyaya görə, Adolf Ayxman heç də edam olunmayıb. O, sadəcə gizlədilib, edam isə quraşdırılmış səhnə olub. Ayxman ömürünün sonunadək Avropada başqa ad altında yaşayıb.

Adolf Ayxman III Reyxin yəhudilər üzrə cavabdeh şəxsi olduğu illərdə sionistlərlə gizli əlaqə qurub. Amma yəhudi düşməni olmaqdan daha çox, sionistlərə Almaniya yəhudilərinin Fələstinə köçürülməsinə yaxından yardım edən bir şəxs kimi xarakterizə oluna bilər. Yəhudi mədəniyyətini dərindən araşdıran Adolf Ayxman getdikcə onlara heyran olmağa başlamışdı. Şalomun ifadəsinə görə, Ayxman heç bir zaman anti-yəhudi mövqeli biri olmayıb və yəhudilərə nifrət bəsləməyib. Onun gənclik dostlarından ta işlədiyi şirkətdəki yoldaşlarına qədər əksər tanışları yəhudilərdən ibarət idi.

Masonlarla yaxınlaşan Ayxman "Şlarffiya Lojası”na üzv qəbul edilib. Həmin ərəfədə Nasional Sosialist partiyası yəhudi və masonlarla dolu idi. Adolf Ayxmanın ilk vəzifəsi masonluq haqqında bütün informasiyaları sənədləşdirmək və masonluq muzeyi yaratmaq olub. Bu işin davamı olaraq yəhudilərlə bağlı yeni bir şöbə yaradılıb. Elə Ayxmannın karyerasındakı ən sürətli yüksəliş də bu dönəmdən başlayıb.

Əvvəlcə tam bir sionist olaraq yetişdirilən Adolf Ayxman hətta sionizmin atası Teodor Herzlin "Yəhudi Dövləti" (Der Judenstaat) əsərini oxuduqdan sonra öz silahdaşları arasında sionizmin təbliğatını da aparıb. Maraqlıdır ki, Adolf Ayxmanın həyat yoldaşı ari irqindən deyildi. Buna görə o, bəzən öz dostları arasında təklənirdi. Adolf Ayxmanın qarşısında qoyulan tapşırıq Almaniyadakı yəhudilərin Fələstinə yerləşdirilməsi təmin etmək idi. Köç prosesindəki əngəlləri aradan qaldırmaq üçün Nasional Sosialist partiyası Fələstinə köçmək istəməyən, qədim və köhnə yaşayış şərtlərinə nifrət edən qeyri-sionist yəhudilərə qarşı sərt davranaraq, sionist yəhudilərə dəstək olurdu.

Xüsusi yetişdirilmiş “SS” zabitləri sionistlərin arzularını həyata keçirərkən qeyri-sionistlərin istəklərini boğurdular. Ən önəmli iş yəhudilərin bu və ya digər formada Fələstinə köçməsini həyata keçirmək idi. Elə həmin ildə Ayxman nasist liderlərilə “Fələstin Yəhudi İcması” arasında "Haavarah-Transfer" adı ilə tanınan bir müqaviləni imzalatdı. Bu müqaviləyə görə, Fələstinə gedəcək olan yəhudilər pullarını da özlərilə götürə biləcəkdilər. Ayxman Fələstinə getmək istəyən yəhudi öncülləri üçün pul toplanması işini də təşkil etdi. Nəhayət, 1937-ci ildə özü Fələstin torpaqlarının yəhudilərin məksunlaşmasına uyğun olub-olmamasını öyrənmək üçün Fələstinə yollandı. Təbii ki, onun `müqəddəs torpaqlara` ekspedisiyası İngilis hökumətini bərk narahat edirdi, çünki yəhudilərin orada yerləşdirilməsi Britaniyanın milli maraqlarına zidd idi. Bu səbəbdən Ayxman bir müddət sonra ingilis polisi tərəfindən Fələstindən məcburi çıxarılır və onun bölgəyə girişinə qadağa qoyulur.

150.000-dək yəhudinin qanuni yollarla Almaniyadan çıxarılması və Fələstinə yerləşdirilməsi Ayxman hesabına baş tutmuşdu. 1939-cu ildə Adolf Ayxman Çexiyanın paytaxtı Praqa şəhərində oradakı yəhudilər üçün başqa bir deportasiya bürosu da yaratmışdı. 1941-ci ildə artıq köçürülən yəhudilərin sayı 250.000-ə çatmışdı. Avropadan köç edən yəhudilər gedərkən varidatını yəhudi liderləri üçün qoyub gedirdilər. Bu vəsait yəhudi dövlətinin yaradılması yolunda sərf olunurdu.

Bu faktları araşdıran bəzi tədqiqatçılara görə, Adolf Ayxmanın İsraildə edam edilməsi sadəcə əfsanədir. Məsələnin digər müəmmalı tərəfi Ayxmana aid bütün sənədlərin yoxa çıxması və heç bir maddi sübutun tapılmamasıdır. Nasist `ovçusu` Simon Visenthalın iddiasına görə, Ayxman heç bir zaman Argentinaya qacmayıb, ömrünün sonunadək Avropada yaşayıb, Avropada da ölüb.

Adolf Ayxman Fələstindən qayıtdıqdan 1 il sonra Yəhudi Köç Ofisinin müdiri olaraq Vyanada fəaliyyətə başladı. Orada sionistlərin rəsmi nümayəndəsi Motze Bar Gilad ilə gizli müqavilə imzalanır. Bu anlaşmanın tələb etdiyi şərtlərdən dolayı Ayxman Avstriyada yəhudi gənclərinə təlim keçilməsi üçün bir kənd satın alır. Bu kənd döyüş və təlim mərkəzinə çevrilir. 1938-ci ilin sonuna qədər orada minə yaxın yəhudi gənc hazırlanır. Bu gənclər uzun müddət hərbi taktiki döyüş və müdafiə işini öyrənirlər. Sonradan bu gənclər Fələstində bir çox müsəlmanın öldürülməsində günahkar bilinirlər - məsələn, "Haganah", "Stern" və "Irgun" silahlı yəhudi təşkilatlarının əsasını orada təlim keçmiş yəhudi gəncləri təşkil edirdi. Onların çoxu sonradan İsrailin müdafiə nazirliyini yaradaraq, əsas hərbi postları tutdular.

Qısa müddət sonra, 1937-ci ildə SS təşkilatının təhlükəsizlik xidməti olan SD (Sicherheitsdienst) ilə yəhudi hərbi təşkilatı “Haganah” gizli əməkdaşlığa başlayır. “Haganah” təşkilatı İsrailin qurulması və ilk yəhudi ordusunun yaradılmasında müstəsna rol oynayıb. Moşe Dayan və İshaq Rabin kimi simalar bu təşkilatın üzvləri olublar.

“Haganah” təşkilatının rəsmi nümayəndəsi Polkes Hitler Almaniyası ilə danışıqlar aparmaq üçün Berlinə yollanır. O, yəhudilərin Fələstinə köçürülməsi məsələsində nasistlərlə gizli razılıq əldə edir. Polkes yazırdı ki, radikal yəhudi millətçiləri arasında sağçı alman siyasətçilərinə qarşı çox böyük simpatiya var.

Amerikalı tarixçi Fransis R. Nikosia “The Third Reich and the Palestine Question” adlı kitabında qeyd edir ki, dünya sionist təşkilatının Fələstindəki qolu olan “Haganah”a SS tərəfindən ərəblərə qarşı işlətmək üçün silah-sursat yardımı edilmişdi.

III Reyxin sionistlərlə əməkdaşlığı üst səviyyəyə yüksələrək, artıq Fürer səviyyəsində həyata keçirilirdi. Nasistlərlə sionistlər arasında vasitəçi olan Otto fon Hentinq 1938-ci ildə məmnun şəkildə sionistlərə yazırdı ki, yəhudilərin Fələstinə köçürülməsi planı Adolf Hilterin xüsusi diqqətindədir və Hitler planının reallaşadırılması üçün bütün imkanlardan istifadə etmək göstərişi verib.

Yəhudilərub digər silahlı təşkilatı olan “Stern” İngiltərəyə qarşı çıxaraq, onun düşmənlərilə ittifaq bağlamağa çalışırdı. Təşkilat ilk dəfə 1940-cı ildə İtaliyanın Qüdsdəki casusları ilə bağlantı quraraq, Benito Mussolinin İsrail dövlətinin qurulmasına yardım etməsini istəyir, lakin İtaliya bu işə o qədər də ciddi yanaşmır.

“Stern” ilə nasist Almaniyası arasındakı əməkdaşlığı isbatlayan sənəd Almaniyanın Türkiyədəki arxivində tapıldığın üçün “Ankara sənədi” adını alıb. “Ankara sənədi”nin surəti alman tarixçisi Klaus Polke tərəfindən III Reyxin arxivi araşdırılarkən aşkarlanıb. Həmin sənəddə aydın göstərilir ki, 1941-ci ildə Reyxlə “Stern” təşkilatı arasında hərbi ittifaq bağlanıb.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti