Taekvondoçumuz Avropa çempionu oldu
Ölkəmizi “Rio-2016” Olimpiya Oyunlarında təmsil edəcək Milad Beigi Hərçəqani isə uğurla çıxış edərək qızıl medala sahib olub. Belə ki, o, əvvəlcə serbiyalı İvan Karajlovic (13:0), sonra britaniyalı Lutalo Muhammad (13:1) üzərində inamlı qələbə qazanaraq yarımfinala yüksəlib. Bu mərhələdə polşalı Pyotr Pazinskini (16:4) məğlub edən idmançımız həlledici görüşdə türkiyəli Yunus Sarıya (5:0) qalib gələrək Avropa çempionatının qızıl medalına layiq görülüb.
Digər idmançılarımızdan Səid Quliyev birinci, Ramin Əzizov, Namaz Heydərov, eləcə də “Rio” Olimpiadasında iştirak edəcək Fəridə Əzizova ikinci, Yapraq Eriş isə üçüncü mərhələdə mübarizəni dayandırıblar.
Xatırladaq ki, yığmamızın heyətində Azərbaycan taekvondoçusu Patimat Abakarova (53 kq) Avropa çempionatının ikinci günündə mayın 20-də gümüş medal qazanmışdı.
Mayın 22-də başa çatacaq qitə çempionatında millimiz 17 idmançı ilə təmsil olunur.
AzVision.az