Yol qəzalarının səbəbləri - STATİSTİKA

Yol qəzalarının səbəbləri - STATİSTİKA
  31 İyul 2013    Oxunub:2627
Cari ilin altı ayı ərzində respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 92,6 faizi (1265) sürücülərin yol hərəkəti qaydalarını pozmaları səbəbindən baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən AzVision.az-a verilən məlumata görə, qəzaların 30,9 faizi (422) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 30 faizi (409) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 8,8 faizi (120) yolayrıclarını keçmə qaydalarının pozulması, 3,1 faizi (43) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.

Yol-nəqliyyat hadisələrinin 38,4 faizini (525) piyadaların vurulması təşkil edib, nəticədə 189 piyada həlak olub, 388-i yaralanıb. 68 yol-nəqliyyat hadisəsi piyadaların yol hərəkəti qaydalarını pozmaları nəticəsində baş verib.

Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələri nəticəsində 43 uşaq və yeniyetmə həlak olub, 126 nəfər yaralanıb.

Ümumiyyətlə, qeydə alınmış yol-nəqliyyat hadisələri nəticəsində həlak olmuş 556 nəfərdən 430-nu kişilər, 126-sını qadınlar, xəsarət almış 1452 nəfərdən isə 1099-nu kişilər, 353-nü qadınlar təşkil edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti