Dərmanlar niyə bahalaşıb? - (VİDEOXƏBƏR)
AzVision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov deyib.
Qiymətlərin bahalaşması ilə bağlı məsələyə aydınlıq gətirən nazirlik rəsmisi bildirib ki, dərmanların qiyməti Səhiyyə Nazirliyi deyil, Tarif Şurası tərəfindən tənzimlənir: “Dərman vasitələrinin qiyməti yeni məzənnəyə uyğun olaraq müəyyən edilib. Noyabrın 28-də Tarif Şurası tərəfindən bununla bağlı qərar qəbul edilib”.
Dərman vasitələrinin qiymətinin keyfiyyətinə təsir etməsi ilə bağlı fikirlərə münasibət bildirən P.Əzizbəyov bunun doğru yanaşma olmadığını vurğulayıb:“Dərman vasitəsi ucuz və bahalı ola bilər. Lakin dərmanların qiyməti keyfiyyətlə bağlı deyil. Qeydiyyatdan keçmiş dərman vasitəsinin keyfiyyətinə Səhiyyə Nazirliyi tərəfindən təminat verilir. Satışında saxlamma şərtləri də gözlənilirsə, dərman vasitəsinin keyfiyyətində problem aşkarlanmaz”.
Onun sözlərinə görə, ölkəyə idxal edilən dərman vasitələrinin 50%-dən çoxu Avropa ölkələri, digərləri Rusiya, digər MDB ölkələri və Türkiyədən idxal edilir. Hindistan Çin və Cənubi Koreyadan ölkəmizdə qeyydiyyata alınan dərman vasitələrinin payı çox azdır.
Aytən Zəhra
AzVision.az