Özgür Özəl yenidən CHP-nin sədri oldu

      Özgür Özəl    yenidən CHP-nin sədri oldu
  06 Aprel 2025    Oxunub:596
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) növbədənkənar 21-ci qurultayında Özgür Özəl 1171 nümayəndənin səsini qazanmaqla yenidən partiyanın sədri seçilib. O, həmin vəzifəyə yeganə namizəd idi.
1171 səs rekord göstəricidir. Əvvəlki qurultayda Özgür Özəl 812 səs almaqla Kamal Qılıncdaroğlunu üstələmişdi.

Bu seçki İstanbulun meri Əkrəm İmamoğlunun həbsi səbəbindən iqtidar-müxalifət münasibətlərinin son dərəcə gərginləşməsi fonunda baş tutduğundan, xüsusi əhəmiyyət daşıyırdı.

Qeyd edək ki, Özgür Özəl 1974-cü ildə Manisada doğulub. İxtisasca əczaçıdır. 2011-ci ildə CHP-dən millət vəkili seçilib.

Türkiyənin əsas müxalif partiyası olan CHP bu ilin mayında keçirilən parlament seçkisində 213 mandat qazanmışdı. Hakim AKP isə TBMM-də 321 yerə malikdir.

Samir Quliyev
AzVision.az


Teqlər: Türkiyə  





Xəbər lenti