Möttəki İranın prezidenti ola bilər

Möttəki İranın prezidenti ola bilər
  27 Fevral 2013    Oxunub:1384
İranda prezident seçkiləri üçün ilk namizədin adı açıqlanıb
İranda keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətində olan ilk namizəd ölkənin keçmiş Xarici İşlər naziri Mənüçöhr Möttəkidir. "Fars" xəbər agentliyinin məlumatına görə, keçmiş diplomat rəsmən təqdimatını irəli sürüb.
Yeri gəlmişkən, Möttəkini Xarici İşlər naziri postundan məhz prezident Mahmud Əhmədinejat uzaqlaşdırıb.
Qeyd edək ki, namizədlərin seçkilərdə iştirakı üçün onların adlarının Mühafizəkarlar Şurası tərəfindən təsdiqlənməsi vacibdir.


Teqlər:





Xəbər lenti