"Tarixi faktlar erməni yalanlarını ifşa edir" - Kamran İmanov (VİDEO)

"Tarixi faktlar erməni yalanlarını ifşa edir" - Kamran İmanov (VİDEO)
  26 Aprel 2017    Oxunub:3710
"Ermənilər Azərbaycanın mədəni ənənələrini mənimsəməklə folklor yaradıcılığının bir növü olan mifomaniya ilə məşğuldurlar"
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib.

Agentlik rəhbərinin sözlərinə görə, ermənilər digər xalqların tarixini, tarixi coğrafiyasını mənimsəyərək özləri üçün "tarix" qurublar və bu tarixə söykənərək sonrakı iddialarını irəli sürüblər.

“Erməni mifomaniyasının əsasında bir sıra məqsədlər durur. Birincisi, böyük torpaqlar mifini indiki ərazi iddiasına bağlamaqdır. Digər tərəfdən erməni müstəsnalığından, qondarma tezisdən irəli gələn ambisiya və iddialarını elə bir vəziyyətə gətirmək istəyirlər ki, beynəlxalq hüququn bugünkü sülh yaradıcılığının təməl daşı kimi tanınmasın. Ermənilərin əsas məqsədləri budur. Ermənilər heç vaxt Ermənistan tarixini yazmayıblar. Onlar ermənilər haqqında tarix yazıblar”.

K.İmanov qeyd edib ki, tarixi faktlar, elmi dəlillər ermənilərin yaydığı fantaziyaları, xüsusilə ermənilərə məxsus olan mifomaniyanı ifşa edir. “Biz erməni yazarlarının və muzdla tutulan xarici yazarların yazılarına diqqətlə baxsaq görərik ki, bunlar tarixi mif əsasında qurulub”.



Aytən Zəhra
AzVision.az


Teqlər: Kamran-İmanov  





Xəbər lenti