Azərbaycan daha 3 ölkədən qızıl alır

Azərbaycan daha 3 ölkədən qızıl alır
  17 Aprel 2025    Oxunub:876
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 16 ölkədən 1 milyard 422 milyon ABŞ dolları dəyərində 15 min 868 kiloqram qızıl (qızıl, digər yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər) idxal edib.
AzVision.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, ötən il eyni adda qızıl yalnız aprel ayından ölkəyə gətirilməyə başlanıb.

Hesabat dövründə Azərbaycan Rusiyadan 315,5 milyon ABŞ dolları dəyərində 3 min 475 kiloqram (1 il əvvəl tədarük olmayıb), Avstraliyadan 241,33 milyon ABŞ dolları dəyərində 2 min 829 kiloqram (1 il əvvəl tədarük olmayıb), Meksikadan 174,71 milyon ABŞ dolları dəyərində 2 min kiloqram (1 il əvvəl tədarük olmayıb), Çindən 108,21 milyon ABŞ dolları dəyərində 1 min 173 kiloqram (1 il əvvəl tədarük olmayıb), Böyük Britaniyadan 106,21 milyon ABŞ dolları dəyərində 1 min 200 kiloqram (1 il əvvəl tədarük olmayıb) qızıl alıb.

Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Özbəkistandan (37,24 milyon ABŞ dolları dəyərində 397 kiloqram), Honkonqdan (14,22 milyon ABŞ dolları dəyərində 159 kiloqram) və Yaponiyadan (3,55 milyon ABŞ dolları dəyərində 37,9 kiloqram) tədarük həyata keçirilib.

2024-cü ildə Azərbaycana 10 ölkədən idxal edilmiş 41 078 ton eyni adda qızılın 44,2 %-i Avstraliyanın, 31,4 %-i ABŞ-nin payına düşüb.

AzVision.az


Teqlər:





Xəbər lenti