Qırmızı xətt və ya “düzgün” qərarların böhranı

Qırmızı xətt və ya “düzgün” qərarların böhranı
  09 Sentyabr 2013    Oxunub:4932
Beləliklə Sankt-Peterburqda G20 sammiti ərəfəsində və ABŞ konqresinin Suriyaya qismən müdaxiləsi barəsində (60+30) 90 günlük qətnaməsi dünya liderləri üçün Suriyanı və ona qarşı mümkün olan hərbi zərbəni bir nömrəli məsələ kimi gündəmə gətirir.

“Financial Times” öz qeydlərinin birində “Yaxin Şərq üzrə müxtəsər təlimat” ını bizə təqdim edir : “İran Suriyanı dəstəkləyir, Körfəz ölkələri Əsədin əleyhinə çıxış edir. Əsəd “ Müsəlman Qardaşları”nın əleyhinədir. “Müsəlman qardaşları” və Obama Misirin müdafiyə naziri Sisinin əleyhinədir, lakin Körfəz ölkələri Sisiyə tərəfdardir, yəni onlar “ Müsəlman qardaşlarının” əleyhinədirlər. İran HƏMAS-a tərəfdir, lakin HƏMAS “Müsəlman qardaşları”nı dəstəkləyir. Obama “Müsəlman qardaşları”nı dəstəkləyir. Bununla yanaşı, HƏMAS Amerikanın əlleyhinədir. Körfəz ölkələri Amerikanı dəstəkləyir. Lakin Türkiyə Körfəz ölkələri ilə birlikdə Əsədə qarşı çıxış edirlər. Eyni zamanda Turkiyə “Müsəlman qardaşları”nı dəstəkləyir və general Sisinin əleyhinədir. Körfəz ölkələri Sisiyə tərəfdir. Yaxın Şərqə xoş gəlmisiniz və sizə xoş günlər arzulayırıq”.

Hətta müəyyən məsələlərdə bəzi ölkələrin fikrləri toqquşmasa da, onların beynəlxalq prinsiplərə bağlılığı, kimyəvi silahların istifadəsinə icazə verilməsi və tətbiq edilməsinə olan münasibətləri şübhəsizdir. Bu faktı həmçinin V.Putinin son bəyanatı da təsdiq edir. Belə ki, Rusiya Suriyaya olan müdaxilənin əksinə çıxsa belə, kütləvi qırğın silahlarının istifadəsi haqqında əsaslı sübüt olduğu halda öz mövqeyinə yenidən baxmağa hazırdır.

Əgər BMT kimyəvi silahların istifadəsi haqqında ekspertlərin araşdırmalarının nəticələrini elan etməyə hələ tələsmirsə, Dövlət Katibi Con Kerri konqress qarşısında cıxış edərək bəyan etdi ki, ABŞ- ın məhz Bəşər Əsəd hökümətinin kimyəvi silahdan istifadə etməsi haqqında danılmaz faktları var və şəxsən o, mindən çox günahsız mülki şəxslərin öldürülməsinə cavab verməlidir.

Nəzərə almaq lazimdir ki, kimyəvi silahın tətbiq olunmasına qədər Barak Obama hərbi müdaxiləyə etməyə qarşı çıxırdı. Lakin onun sözlərinə görə, məhz bu fakt Suriyanın qırmızı xətti keçdiyini göstərir.

Eyni zamanda ölkələr, Britaniya və NATO daxil olmaqla, bir-birlərinin ardinca, Suriyaya qarşı hərbi münaqişənin başlanmasını inkar etməyə başlayanda, bu, iri miqyaslı hərbi konfliktə dəstək verən yeganə tərəfdar ölkələr arasında Türkiyə və Fransa qaldı. Lakin onlar da ön sırada durmağa hazır deyillər, ABŞ-dan dəstək gözləyirlər. ABŞ isə öz novbəsində ləngiyir və hadisələrin son nəticəsinin qərara alınmasını xalq nümayəndələrinə - kongresə verməklə, Böyük Britaniyanın yolunu getməyi gərara alıb. Qeyd edək ki, “Röyter” agentliyinin sorğusuna görə Amerika əhalisninin 56% - dən çoxu Suriyada vətəndaş müharibəsinə mudaxilə etməyin əleyhinədir.

Lakin özünə xalq – kongress qarşısında haqq qazandırmaq üçün Kerri bəyan edir ki, ABŞ-ın hərəkətsizliyi Yaxin Şərqdə Amerikanın müttəfiqlərinə - İsrailə, İordaniyaya, Türkiyəyə və Livana təhlükə gətirə bilər. Və İran kimi ölkələr belə nəticə çıxara bilərlər ki, onların kütləvi silahlanmaları cəzasız qala bilər.

Belə ki, Amerika administrasiyası Dəməşqin kimyəvi silahın tətbiqinə ciddi reaksiya verərək dünya ictimaiyyətinin kütləvi qırğın silahlarına qarşı olan münasibətini ortaya qoyur və İrana birmənalı mesaj göndərmiş olur. ABŞ politoloqlarının tanınmış simalarından olan Fərid Zəkəriyyənin sözlərinə görə Obama administrasiyası qirmizi xəttdən danışaraq özünü çixilmaz vəziyyətə salib və bundan sonra həttda zərbə vurulsa belə geriyə doğru yol yoxdur. Artıq Suriyaya zərbə endirilib endirilməməsi bir o qədər də vacib deyil lakin böhran ətrafinda yaranmış qarmaqarışıqlıq Amerikanın dünyadaki nüfuzuna və qüdrətinə kölgə salmış olur.
Bu fikri səsləndirən Pentaqonun rəhbəri Çak Heygel, Ağ Evin Suriyaya zərbə endirməsindən imtina etməyəcəyini də bir hərbiçi kimi dəqiq ifadə edir: “ABŞ-ın sözünün bir dəyəri olmalıdır”.

Bəs bu son hadisələrə münasibətdə bədxah qonşumuz Ermənistanın sözünün dəyəri necədir?..

Hər birimiz yaxşı xatırlayırıq ki, 80-cı illərin sonu 90-cı illərin əvvəllərində postsovet məkanında, xüsusi ilə də cənubi Qafqazda indiki Yaxin Şərqdəki hadisələrdən daha da ciddi və dolaşıq vəziyyət mövcud idi. Bir çox ölkələr tam tənəzzülə uğradılar, iqdisadi və siyasi böhran, hakimiyyəti ələ keçirmək hərisliyi, etnik və ərazi iddiyasi zəmində yerli və regional müharibələr ilə nəticələndi. Azərbaycanın bu ağır vəziyyətindən istifadə edərək xarici güclərə arxalanan Ermənistan bizim torpaqlarımızı işğal etmiş və azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmışdi.
Yalnız bütöv Azərbaycan xalqının iradəsinə arxalanan güclü siyasi rəhbərliyin sayəsində Azərbaycan bu böhrandan başı uca çixa bildi. Bu gün Azərbaycanın maraqları ilə hesablaşırlar. Azərbaycan özünü etibarlı tərəfdaş kimi göstərib, ona etibar etmək olar, çünki o, dediyi sözünün ustündə durur, üzərinə götürdüyü bütün öhdəçilikləri vicdanla yerinə yetirir. Azərbaycan xalqı əmindir ki, onun Prezidenti millətinin maraqlarını heç vaxt qurban verməz.

Yaxşı, bəs Ermənistan?

Bugünlərdə Sarkisyan Rusiya ilə Gömrük İttifaqina girmək haqqında qərarını elan edib. Aydındır ki, Rusiya üçün Ermənistanın bu ittifaqa daxil olmasi həm Gömrük İttifaqının statusunu dəstəkləmək (eyni zamanda Rusiyanın Bolqarstan ilə fikir ayrılığının olması və eləcə də Ukraynanın ittifaqa qoşulmaq niyyətində olmaması) və həmçinin Cənubi Qafqaz ölkələrinə olan siyasi təsir baxımından əhəmiyyətlidir.
Lakin dilənçi kökündə olan Ermənistanın müstəqilliyini qorumaq üçün bu şansdır. Belə ki, böyük investisiya, rus qazına endirim, eləcə də Belarusiya və Qazaxıstan bazarına çıxış əldə etdikdən sonra Ermənistan praktiki olaraq heç vaxt movcud olmayan müstəqilliyini də itirəcək.

Təsadüfi deyil ki, ötən həftə icazəsiz etiraz aksiyasi keçirildi. Mitinq iştirakçıları bir ağizdan qışqırdılar : “SSRi-yə qayıdış yoxdur”, “ Biz Rusiyanın quberniyası olmaq istəmirik”, “Ruslar, çıxın, gedin! ”.

Xatirladaq ki, bir az bundan öncə Ermənistan özünü qədim Avropa ölkəsi kimi təbliğ edərək, Avropa Şurasına tam intiqrasiyaya hazir olduğunu bəyan edirdi. Ermənistan rəhbərliyi dəfələrlə bildirirdi ki, Avropa Şurası ilə assosiativ razılıq mətni artıq hazırdır. Və onlar öz seçimlərini Avropaya ediblər. Lakin dünya birliyi bir daha əmin oldu ki, bu ölkənin verdiyi söz bütünlükdə bir qəpiyə də dəyməz.

Bu barədə artıq Avropa siyasətçiləri, onlardan Avropa Parlamenti Komitəsinin xarici əlaqələr üzrə rəhbəri Elmar Brok Ermənistanın bu qərarına təəssüf etdiyini və gələcəkdə izahat gözlədiyini qeyd edib. Öz növbəsində Litvanin Xarici İşlər Naziri Linas Linkyaviçyus bəyan edib ki, “Ermənistan, Gömrük İttifaqına daxil olmaq haqqında qərar qəbul edərək, Avropa Şurasi ilə assosiasiya haqqındakı sazişə başlamış və Vilnüs Sammitində azad ticarət zonası yaratmaq şansını itirmişdi. İsveçrənin Xarici İşlər Naziri Karl Bildt isə tvitterdə yazır : “Görünür, Ermənistan Avropa Şurası ilə azad ticarət haqqında sazişlə əlagədər danışıqları pozur və Rusiyaya intiqrasiya edir. Bu, 180 dərəcədə dönüşdür”.

Belə çıxır ki, bugünki Ermənistan XİX əsrin iqtisadi və siyasi çağırışına müqavimət göstərmək iqtidarında deyil və öz xalqının maraqları naminə müstəqil siyasət yürüdə bilmir.

Ermənistan təcavüzkar ölkə siyasəti yürüdərək, özünü regional proyektlərdən təcrid edir, Cənubi Qafqazda müstəqil və güclü regional quruculuqda iştirak etməkdən təcrid olunaraq və eləcə də öz suverenliyini Rusiyanın maraqlarına qurban verərək, daha doğrusu sataraq özü-özünü küncə dirəmiş olur.

Bəs nə baş verir? O ölkərərdə ki, xalqın maraqları nəzərə alınmır və başqa ölkələrin maraqları “düzgün” qərarlar kimi qəbul olunur, o ölkələr qırmızı xətti keçməyə məhkumdur və müstəqil dövlətlər siyahısından yox olur. Təmamilə eyni vəziyyəti də Ermənistan yaşayır. Çünki hər bir ölkənin qiyməti elə onun Sözünün qiymətinə bərabərdir.

Urxan Seyidov
Darhem Universitetinin Magistri


Teqlər:  





Xəbər lenti