Futbolçularımız döyüldü

Futbolçularımız döyüldü
  03 Mart 2013    Oxunub:1481
Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ"la "İnter" arasında keçirilən Premyer Liqanın 22-ci turunun oyunundan sonra dava düşüb.
Məlumata görə, oyundan sonra "İnter" komandasının bəzi oyunçuları mülki şəxslər tərəfindən fiziki təzyiqə məruz qalıb. Mülki şəxslər arasında "Qarabağ" komandasının kapitanı Rəşad Sadıqovun qardaşı da olub.

İnsidentə səbəb "Qarabağ"ın kapitanı Rəşad Sadıqovla hələ oyunun gedişində "İnter"in braziliyalı hücumçusu Robertinyo arasında toqquşma olub.

İnsident zamanı "İnter" klubunun bir neçə oyunçusu xəsarət alıb.
"İnter"in baş direktor müavini Səbuhi Səfiyarlı Trend-ə bildirib ki,futbolçuları paltardəyişmə otağına gedərkən mülki geyimli şəxlərin hücumuna məruz qalıb. O, konkret olaraq Robertinyoya bir neçə zərbə endirildiyini deyib. Onun sözlərinə görə, bundan başqa, "İnter"in futbolçularından Fuad Bayramov, Nizami Hacıyev də xəsarət alıb.

Oyundan sonra Rəşadovun qardaşının da polis tərəfindən saxlanıldığı bildirilir.

Bu insident səbəbindən "İnter"in baş məşqçisi Kaxaber Szadadze oyundan sonra keçirilən mətbuat konfransına qatılmayıb. O, bunu futbolçularının fiziki təzyiqə məruz qalması ilə əlaqələndirib.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib ki, o, davaya şahid olmasa da, Kaxaber Sxadadze ona futbolçularının döyüldüyünü deyib.


Teqlər:





Xəbər lenti