Saakaşvili İlham Əliyevə zəng edib
Mixeil Saakaşvili Prezident seçkilərində əldə etdiyi inamlı qələbə münasibəti ilə dövlətimizin başçısını təbrik etmiş, xalqımızın rifahı və dövlətimizin gələcək inkişafı naminə ona Ali dövlətçilik fəaliyyətində uğurlar arzulayıb.
Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Gürcüstan Prezidentinə minnətdarlığını bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixeil Saakaşvili ölkələrimiz arasında dostluq münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə edib, əlaqələrimizin bundan sonra daha da möhkəmlənəcəyinə əmin olduqlarını bildirib.
AzVision.az