Zeytun yağının yaşlılar üçün faydaları nələrdir?

Zeytun yağının yaşlılar üçün faydaları nələrdir?
  15 Yanvar 2025    Oxunub:311
Əsrlərdir insanlar zeytun yağını sağlam həyat tərzinin ayrılmaz hissəsi kimi qəbul edirlər. Tərkibində bol miqdarda qida maddələri və antioksidantlar olan bu yağ, sağlamlığa faydalı təsirləri ilə tanınır. Xüsusilə də zeytun yağı ürək-damar sisteminə müsbət təsir edir.
Rusiyalı diyetoloq Yelena Solomatina zeytun yağının yaşlı insanların sağlamlığı üçün faydalı olduğunu hesab edir. Onun sözlərinə görə, bu yağ ürəyin fəaliyyətini yaxşılaşdırmağa kömək edən omeqa-9 kimi doymamış turşularla zəngindir. Zeytun yağının tərkibindəki polifenolik birləşmələr pis xolesterolu aşağı sala və damar sağlamlığına fayda verə bilər.

"Yaşlandıqca qan damarlarının vəziyyətinə xüsusi diqqət yetirmək vacibdir, çünki zamanla qan mikrosirkulyasiyası zəifləyir və bu, orqanizmin ümumi sağlamlığına mənfi təsir göstərə bilir. Ona görə də gündəlik qida rasionuna bir qaşıq zeytun yağı əlavə etmək və onu salatlara qataraq istehlak etmək də fayda var", - deyə diyetoloq bildirib.

Araşdırmalara görə, iki həftə ərzində bir xörək qaşığı zeytun yağının müntəzəm istehlakı ürək əzələsinin vəziyyətinə müsbət təsir göstərir. Eyni zamanda alzaymer xəstəliyi riskini də azaltmağa kömək edir. Bununla yanaşı zeytun yağı bağırsaq hərəkətlərini tənzimləyir, qəbizliyin qarşısını alır, mədə-bağırsaq traktını qoruyaraq, iltihabı azaldır.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: zeytunyağı  





Xəbər lenti