Millət vəkili ATƏT-in hesabatını darmadağın etdi
Millət vəkilinin sözlərinə görə, əgər kimsə düşünürsə ki, Cəmil Həsənlinin seçkidən iki gün öncə İngiltərənin “Guardian” qəzetində çıxan məqaləsi ilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun təxminən həmin vaxt mətni tam dəqiqləşdirilib indi açıqlanan bəyanatı arasında heç bir bağlılıq yoxdur, o, ya islaholunmaz sadəlöhvdür, ya da vecsiz adamdır.
Xatırladaq ki, Cəmil Həsənli həmin cızma-qarasında Dağlıq Qarabağı “mübahisəli ərazi” adlandırır. Yəni kimə məxsusluğu bilinməyən, aydınlaşdırılmasına ehtiyac duyulan torpaqlar kimi qiymətləndirir. Hakimiyyəti ermənilərlə sərt rəftarda ittiham edir.
- Yəni öz adı ilə desək, əsl şərəfsizlik sərgiləyir. Ondan əvvəl Milli (millimi?) Şura deyilən qurumun prezident kürsüsünə əyləşdirmək istədiyi Rüstəm İbrahimbəyovun dediklərini təkrarlayır Cəmil Həsənli. 21 ildir Daılıq Qarabağ münaqişəsinin həllini öz öhdəsinə götürüb bu yolda regiona həmsdər ölkələrin təmsilçilərini turunun təşkili və bir də iki-üç dişsiz sənədin hazırlanmasından başqa heç nə etməyən ATƏT başbilənlərinin bu mövqe, təbii ki, xoşlarına gəlməlidir. Bu, elə onların mövqeyidir və həmin mövqeni bəzi şərəf hissini itirmiş azərbaycanlılara da aşılaya biliblər. İndi də belələrindən lider düzəldirlər. Bəlkə də burada "düzəldirlər" sözünün borçalı variantını işlətmək daha doğru olardı,- deyə Sahib Alıyev bildirib.
Millət vəkili sonra sual edib: `Bir şey də maraqlıdır, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda insan haqlarının pozulması ilə bağlı ən xırda fatkları belə diqqətdən kənarda qoymadıqları halda, nədən yüz minlərlə qarabağlı seçicinin bu dəfəki səsverməni də öz doğma el-oblarında keçirə bilmədiklərinə toxunmur. Toxunsalar erməni işğalçılarının xətrinə dəyə bilərlər, ona görəmi?`.