Ağır atletika üzrə ölkə birinciliyi başa çatıb
77 kiloqram çəki dərəcəsində toplam 275 kiloqram (125+150) nəticə ilə Füqan Əliyev, 85 kiloqram çəki dərəcəsində toplam 307 kiloqram (137+170) nəticə ilə Tarmenxan Babayev, 94 kiloqram çəki dərəcəsində toplam 110 kiloqram (50+60) nəticə ilə Nəsib Yusifov, +105 kiloqram çəki dərəcəsində isə toplam 295 kiloqram (133+162) nəticə ilə Həsənbəy Həsənzadə qızıl medal əldə ediblər.
Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edib. Birinciliyin keçirilməsində məqsəd ölkənin ən güclü yeniyetmə atletlərinin müəyyən edilməsi, ağır atletika idman növünün təbliğ və inkişaf etdirilməsi, dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması, həmçinin qarşıdakı beynəlxalq yarışlara hazırlıq və seçimdir.
AzVision.az
Teqlər: Çempionat