Mikayıl Cabbarov doktorantlarla bağlı əmr verdi
AzVision.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Əmr doktorantların və gənc tədqiqatçıların elmin müxtəlif sahələrində əldə etdiyi nəticələri müzakirə etmək, habelə elmi yaradıcılığını stimullaşdırmaq məqsədi ilə verilib.
Nazirin əmrinə əsasən, doktorantların və gənc tədqiqatçıların XVIII Respublika elmi konfransı 19-20 dekabr tarixlərində Azərbaycan Dillər Universitetində keçiriləcək.
Azərbaycan Dillər Universitetinin rektoruna konfransın yüksək səviyyədə təşkilini və materiallarının nəşrini təmin etmək tapşırılıb.
Ali təhsil müəssisələrinin rektorları ciddi elmi nəticələri olan doktorant və gənc tədqiqatçıların məruzə tezislərinin seçilməsini və 2013-cü il 15 noyabr tarixinədək Azərbaycan Dillər Universitetinə təqdim edilməsini təmin etməlidirlər.
Fatimə Kərimli
Teqlər: