Misir Mərdanov Dubayda

Misir Mərdanov Dubayda
  05 Mart 2013    Oxunub:1555
Təhsil naziri beynəlxalq konfransda iştirak edir.
Təhsil naziri Misir Mərdanov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunmuş “Ali təhsildə qloballaşmaya doğru – 2013-cü il” adlı beynəlxalq konfrans çərçivəsində “British Council” təşkilatının Avropa üzrə regional direktoru Maykl Börd ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, görüşdə Azərbaycanda “British Council” təşkilatının fəaliyyətinin daha da genişləndirilməsi, təhsildə İKT-nin tətbiqi, distant təhsil, ingilis dilinin tədrisi, ingilis dili müəllimlərinin ixtisasının artırılması və digər məsələlər müzakirə olunub.


Teqlər:





Xəbər lenti