Ronaldo Rusiyada tarix yazdı - Fotolar (Yenilənib)
Günün maraqla gözlənilən oyunu Soçidə “Fişt” stadionunda keçirilib. Qarşılaşmanı italiyalı hakim Canluka Rokki idarə edib.
***
Oyunun 3-cü dəqiqəsində Kriştiano Ronaldonun 11 metrlik cərimə zərbəsindən vurduğu qolla Portuqaliya hesabda önə keçib.
***
Matçda hesab bərabərləşib. İspaniya millisinin üzvü Diyeqo Kosta oyunun 24-cü dəqiqəsində portuqalların qapısına yol tapa bilib.
***
Portuqaliyalı ulduz Kriştiano Ronaldo 44-cü dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb. İlk hissə portuqalların üstünlüyü ilə başa çatıb.
***
Diyeqo Kosta ikinci hissədə dubl edib. Bir neçə dəqiqədən sonra isə Maço İspaniyanı önə çıxaran qolu vurub - 3:2.
***
Ronaldo het-trik edərək oyunda sonuncu qolu vurub. Beləlik də, qarşılaşma 3:3 hesablı bərabərliklə yekunlaşıb.
AzVision.az
Teqlər: DÇ-2018 Portuqaliya İspaniya