Duz fabrikində çalışan 33 yaşlı futbolçu
Məsələ burasındadır ki, rəqibin lideri Lionel Messiyə heç bir şans verməyən yığmanın müdafiəçisi Birkir Sevarrson duz fabrikində çalışır. Hətta o, mundialda iştirak etmək üçün iş yerindən icazə alıb. Dəniz duzu istehsal edən fabrikdə paketləmə işində çalışan 33 yaşlı futbolçu Argetina ilə oyunun ən yaxşılarından idi.
Sevarrson Rusiya mətbuatına açıqlamasında fabrikdə çalışmasında qeyri-adi bir şey olmadığını deyib: “Mənim fabrikdə çalışmağım dünya çempionatının final mərhələsində iştirak etməyimizdən daha normaldır”.
Qeyd edək ki, İslandiya millisində rejissor, hüquqşünas, menecer və başqa vəzifələrdə çalışan futbolçular da var. (Qol.az)
AzVision.az
Teqlər: BirkirSevarrson