"Neftçi" azarkeşlərinə müraciət edib
"Bu oyunda komandamızı dəstəkləməyə gələcək azarkeşlərimizin təhlükəsizliyinin təmin olunması üçün klubumuz tərəfindən ev sahibi "Uypeşt” klubuna, UEFA-ya və müvafiq qurumlara müraciət edilib. Lakin indiyə kimi heç bir qurumdan zəmanət məktubu almamışıq. "Neftçi” üçün azarkeşlərimizin təhlükəsizliyi çox önəmlidir. Bu səbəbdən indiki vəziyyətdə sizləri maksimum ehtiyatlı olmağa səsləyirik"-deyə müraciətdə qeyd olunub.
Qeyd olunub ki, müvafiq strukturlardan cavab məktubu gəldikdə əlavə məlumat veriləcək.
Xatırladaq ki, Bakıda keçirilən ilk oyunda "Neftçi" "Uypeşt"i 3:1 hesablı məğlubiyyətə uğratmışdı.
AzVision.az