Saakaşvili öz adamlarını qurban verir

 Saakaşvili öz adamlarını qurban verir
  06 Mart 2013    Oxunub:2363
Keçmiş hökumətin üzvləri cəzalandırılacaq
Gürcüstanın baş naziri Bidzina İvanişvili növbəti dəfə sərt bəyənatla çıxış edib. O bildirib ki, keçmiş hökumətin nümayəndələri cəzalandırılmalıdırlar. Bununla yanaşı baş nazir mümkün qədər az məmuru cəzalandırmaq niyyətindədir.

“Prokurorluğa 7 min şikayət ərizəsi daxil olub, əgər cinayətkarların hamısı cəzalandırılsa, onda cəzasız qalan olmayacaq... Əlbəttə, qanun qarşısında cinayət törətmiş yüksək çinli məmurlar cəzalandırılmalıdır. Gələcək nəsillər anlamalıdırlar ki, hər kəs cəzasını çəkəcək... ancaq kütləvi şəkildə yox ”- İvanişvili bəyan edib.

Onun sözlərinə görə Gürcüstan prezidenti Mixeil Saakaşvili öz komandasının mümkün qədər çox üzvünün qurban getməsini istəyir. Saakaşvili ilə görüşünü xatırladan İvanişvili qeyd edib ki, o, prezidentə danışıq tərzini dəyişməyi, aqressiv olmamağı məsləhət görüb:

“ O mənə dedi- “elə bilmə ki, biz cəzalandırılmaqdan qorxuruq. Merabişvili və Uqulava mənə deyiblər ki, onlar məmnuniyyətlə həbsxanada oturacaqlar”- Saakaşvilinin mövqeyi bax budur. Prezidentin digər tərəfdaşları da bunu anlamalıdır. Bu insan istəyir ki, onun komandasının mümkün qədər çox üzvləri qurban getsinlər ”.

Baş nazir hesab edir ki, keçmiş hökumətin nümayəndələri törətdikləri cinayətlərdən peşman olduqlarını cəmiyyət qarşısında sübut etməlidirlər. İvanişvilinin sözlərinə görə, ölkədə baş verən neqativ hallarla yanaşı, keçmiş hökumət xeyli yaxşı işlər də görüb.

Bununla yanaşı, o, Saakaşvilinin hakimiyyətdən istefasının zorla həyata keçirilməsinin əleyhinə olduğunu bildirib. Saakaşviliyə keçmiş prezidentlər Zviad Qamsaxurdiya və Eduard Şevardnadzenin aqibətini xatırladaraq onların yolu ilə getməməyi məsləhət görüb: “Saakaşvilini özümüz seçmişik, ona görə heç bir problem yaratmadan özümüz də onu yola salmalıyıq ki, ölkənin imicinə xələl gəlməsin”.

Özünün bir müddət əvvəl, “iki ildən sonra siyayəsətdən gedəcəyi” barədə verdiyi bəyanata gəlincə, İvanişvili qeyd edib ki, “gücüm yetdikcə xalqımın yanında olacam... Yeri gəlmişkən Saakaşviliyə dedim ki, sən oktyabrda gedəcəksən sənin ardınca da mən gedəcəm, lakin o buna inanmaq istəmir”.

AzVision.az


Teqlər:  





Xəbər lenti