Öz əlləri ilə təslim etdi
AzVision.az Penitensiar xidmətin saytına istinadən xəbər verir ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan 1983-cü il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1 maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Sadiq Telman oğlu Hüseynovun kamerasına baxış keçirilərkən o, üzərində olan daxilində danışıq kartı olmayan 1 ədəd "Nokia" markalı mobil telefon aparatını könüllü olaraq təhvil verib.
Fakt üzrə araşdırma aparılır.