İsmayıllı məhbuslarının məhkəməsi təxirə salındı

İsmayıllı məhbuslarının məhkəməsi təxirə salındı
  18 Noyabr 2013    Oxunub:1150
AzVision.az-ın məlumatına görə, bu ilin yanvar ayında İsmayıllıda baş verən hadisələr zamanı həbs edilən şəxslərin bu günə təyin edilən növbəti məhkəmə prosesi təxirə salınıb. Vəkillərin prosesə gec gəlməsi ilə bağlı prosesin vaxtı noyabrın 29-a təyin olunub.

Qeyd edək ki, İsmayıllıda baş verən məlum hadisələr zamanı 18 nəfər həbs edilib. Onlardan 14 nəfəri İsmayıllı sakini, 2 nəfər rayon sakini olmayan otel inzibatçısıdır.

Barələrində Cinayət Məcəlləsinin «külli miqdarda əmlakı məhv etmə», «kütləvi iğtişaşlar təşkil etmə, bu cür hərəkətlərdə fəal iştirak etmə» və «hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə» maddələri ilə ittiham irəli sürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti