Azərbaycanın Avropaya inteqrasiyası müzakirə edildi
Səfirliyin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan-İsveç münasibətləri müzakirə olunub, Azərbaycanın Avropaya inteqrasiyası ilə bağlı fikir mübadiləsi aparılıb. Səfir Avropanın enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolundan danışmış, həyata keçirilən beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin əhəmiyyətinə toxunub.
Sonra səfir A.Məmmədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı parlamentin sədrinə geniş məlumat vermiş, Azərbaycan dövlətinin və hökumətinin münaqişə ilə bağlı mövqeyini bildirərək, problemin həllində beynəlxalq təşkilatların daha da fəal olmalarının zəruriliyini vurğulayıb.
İsveç parlamentinin sədri Per Vesterberq Azərbaycan–Avropa əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulamış, hər iki ölkənin parlamentlərinin bu istiqamətdəki fəaliyyətinin əhəmiyyətindən danışıb.
Teqlər: