Partiya sədrindən Eldəniz Quliyevə ağır sözlər

Partiya sədrindən Eldəniz Quliyevə ağır sözlər
  21 Noyabr 2013    Oxunub:1140
“El” hərəkatının sədri Eldar Namazovla Əhrar Partiyasının sədri, Müsavat yetkilisi Arif Hacılının qardaşı Vaqif Hacıbəyli arasında qalmaqal daha da böyüyüb.
AzVision.az xəbər verir ki, V.Hacıbəyli Namazovun mətbuat vasitəsi ilə ona ünvanladığı fikirlərə qarşılıq verərək hərəkatı sədrini qeyri-səmimilikdə ittiham edib.

V.Hacıbəyli Müsavatın “El” sədrinin hədəfində olmasında dair əlində kifayət qədər arqument olduğunu qeyd edib:

“Eldar Namazov deyib ki, Milli Şura üzvü olmayan adamların bu qurumla bağlı mülahizələr söyləməsi demokratiya nümunəsidi. Rəhbərlik etdiyi qurumun siyasi mədəniyyət anlayışından tam bixəbər olan Məclis sədrindən (Eldəniz Quliyevi nəzərdə tutur- red) fərqli olaraq Namazov özünü ağayana aparıb, siyasi polemikanı "sən özün pis adamsan" tipli səviyyədə aparmayıb və bu mənada onun davranışı təqdirəlayiqdir. Eyni zamanda, hörmətli Namazovun Müsavatı hədəf seçmədiyinə dair açıqlamasının qeyri-səmimi olduğunu da qeyd etməyi zəruri sayıram. Mən konkret arqumentlərlə öz mülahizələrimi əsaslandırmışam. Bu mülahizələri təkzib edən konkret əks-arqumentlər isə ortada yoxdur”-deyə partiya sədri bildirib.

Qeyd edək ki, V.Hacıbəyli facebook səhifəsində Eldar Namazovun Müsavat qarşı olduğunu deyərək onun Milli Şuradan uzaqlaşdırılmasını tələb edib. Partiya sədrinin bu çıxışı Namazov və tərəfdarlarının qəzəbinə tuş gəlib.

Rüstəm İsmayılov


Teqlər:  





Xəbər lenti