Rəsulzadənin nəvəsindən MÜRACİƏT

Rəsulzadənin nəvəsindən  MÜRACİƏT
  21 Noyabr 2013    Oxunub:1128
Rəsulzadənin ailəsi jurnalistləri və ziyalıları köməyə çağırdı

Görkəmli dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məmməd Əmin Rəsulzadənin nəvəs onun ev muzeyinin yaradılması və məzarının köçürülməsi üçün ölkə ziyalılarına, ictimai-siyasi elitaya müraciət edib.

Rais Rəsulzadə AzVision.az-a açıqlamasında bildirib ki, M.Rəsulzadənin ev muzeyinin yaradılması üçün ziyalılar, jurnalistlər həmrəy olmalıdır.

“Rəsulzadənin məzarının Azərbaycana gətirilməsi ilə bağlı rəsmi qurumlara müraciət etməyi düşünmürük. Yaxşı olar ki, əvvəlcə onun muzeyi açılsın, onun adına layiq tədbirlər keçirilsin. Ondan sonra məzarının gətirilməsi gündəmə gələ bilər”.

R.Rəsulzadə hesab edir ki, bu məsələni ictimaiyyələşdirmək lazmdır.

“Jurnalsitikanın qurucularından biri də Məhəmməd Əmin Rəsulzadədir. Jurnalsitlər bu məsələni mütəmadi olaraq qaldırırlar, danışılır, amma yenə ortada heç nə yoxdur. Ziyalılar, jurnalsitlər buna ciddi yanaşmalıdır. Çünki bu, mühüm mədəniyyət problemidir. Bu, şəxsi problem deyil, hamımızın problemidir. Eyni zamanda həm ziyalılar, həm də jurnalistlər tərəfindən müəyyən tələblər ortalığa qoyulmalıdır. Bu problem ictiamiləşdirilməlidir ki, nə etmək lazımdır ki, bu problem 20 il ərzində mütəmadi olaraq qaldırılmasın, bir dəfəlik həll olunsun”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti