Gəncə Avropanın Gənclər Paytaxtı seçildi

Gəncə Avropanın Gənclər Paytaxtı seçildi
  22 Noyabr 2013    Oxunub:1640
Gəncə 2016-ci il Avropanın Gənclər Paytaxtı seçilməklə böyük tarixi uğur qazandı.
Gəncə Şəhər İcra Hakimiyyətindən AzVision.az-a verilən məlumata görə, Gəncə şəhəri 2016-ci il Avropanın Gənclər Paytaxtı seçildi.

2012-ci ildə Azərbaycanın Gənclər paytaxtı seçilmiş Gəncə şəhərində gənclərin istirahəti, təhsili, özlərini inkişaf etdirmələri üçün hər cür şərait yaradılıb. Hər il Gəncədə beynəlxalq səviyyəli müsabiqələr, forumlar, elmi konfranslar keçirilir. Həmçinin Gəncə yenidən qurulur, öz qədimliyini saxlamaqla müasir Avropa şəhərinə çevrilir.

Gəncə şəhəri 2016-cı ilin Avropa gənclər paytaxtı adını qazanmaq üçün namizədliyi qəbul edilmiş 12 şəhər sırasından seçilmiş 5 şəhərlə Badajoz (İspaniya), Qalvey (İrlandiya), Laquna (İspaniya), Varna (Bolqarıstan),Vilnüs (Litva) final mərhələsində mübarizə apardı.

Avropa Gənclər Foumunun, Avropa Şurasının, Avropa İttifaqının, bir sıra beynəlxalq qurumların, Rumıniya Milli Şurasının və Kluj Napoka bələdiyyəsinin nümayəndələrindən təşkil olunmuş münsiflər tərəfindən Gəncə şəhəri 2016-cı ilin Avropa gənclər paytaxtı seçildi.

Bu qələbə təkcə Gəncə şəhərinin və Gəncə Gənclərinin deyil ümumilikdə Azərbaycanımızın uğurudur.

İcra Hakimiyyəti bu qələbə münasibətilə həm xalqımızı həm də prezident İlham Əliyevi təbrik edib!


Teqlər:  





Xəbər lenti