Akif Əlizadə: “AMEA-da ciddi kadr problemi var”
Akif Əlizadə bildirib ki, istedadı axtarmaq yox, becərmək lazımdır. Onun sözlərinə görə. AMEA-da istedadların yetişməsi üçün şərait yaradılması əsas götürülüb: “Gənclərin İntellektual İnkişaf Mərkəzi vardı, ancaq QHT statusunda idi. Ona görə də AMEA-nın institutlarında Gənc Alim və Mütəxəssislər şuraları yaradılır. Dekabra qədər institutlarda bu proses başa çatacaq və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası yaradılacaq”.
A. Əlizadə gənc alimlərin təcrübə üçün Avropaya göndərildiyini nəzərə çatdırıb. Onun sözlərinə görə, dünyada nüfuzlu elm-məlumat bazaları var: “İstəyirik ki, bu sahədə alimlərimizə təlimlər keçsinlər. Həmin super elm-məlumat bazalarından istifadə ilə əlaqədar bizdən pul istəyirlər, yəqin ki, o vəsaiti də tapacağıq”.
Teqlər: