YAP-çı deputatdan İrana sərt tənqid
Deputat hesab edir ki, Azərbaycan İran qarşısında bu məsələ ilə bağlı şərt qoymalıdır:
“Blokada şəraitində olan Naxçıvanın İranın gündə bir şərt qoyur, sutkalarla camaatı sərhəddə saxlanılır. Qış gəlir, havalar soyuyur. Əhali pis vəziyyətdə qalır. Bu gün Xarici İşlər Nazirliyi İran qarşısında ciddi tələblər qoymalıdır. Bildiyimə görə bu gün parlamentlərarası dostluq qruplarının görüşü var. Mən istəyirəm ki, bu görüşdə problemləri müzakirə etsinlər”.
S.Novruzovun çıxışından sonra spiker Oqtay Əsədov bildirib ki, sərhədlər artıq açılıb, danışıqlar gedir və yaxın zamanlarda məsələ öz həllini tapacaq.
Sevinc İltifatqızı