Marketlər şəbəkəsinin rəhbərlərinə cinayət işi açılıb
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, araşdırmalar zamanı cəmiyyətin “Səbət” marketlər şəbəkəsinin müdiri vəzifəsində işləmiş Seymur Məmmədov və Rac Heydərovun həmin vəzifədə işlədikləri müddətdə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə maddi məsuliyyətlərinə verilmiş malların satışından əldə edilən 102.973 manat məbləğində vəsaiti mənimsəyərək cəmiyyətə külli miqdarda ziyan vurmalarında əsaslı şübhələr olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam etdirilir.