Prezident ABŞ nümayəndə heyətini qəbul etdi
AzVision.az xəbər verir ki, Prezident İlham Əliyev ABŞ nümayəndə heyətinin Azərbaycana səfərinin ölkəmizlə yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığını dedi.
Konqresmenlər ölkəmizdə gedən sürətli inkişaf proseslərindən məmnunluqlarını ifadə etdilər.
Görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli əlaqələrin inkişafında müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olundu, əməkdaşlığımızın perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparıldı.
Teqlər: