Heydər Əsədov: “Kimisə planlı şəkildə işdən çıxarmırıq” - EKSKLÜZİV
Bunu AzVision.az-a eksklüziv açıqlamasında yeni kənd təsərrüfatı naziri Heydər Əsədov həyata keçirdiyi yeni kadr islahatları barədə danışarkən bildirib.
Nazir kadr dəyişikliklərinin planlı şəkildə aparılmadığını qeyd edib:
“Planlı şəkildə mütləq kimisə çıxardacam, kimisə çıxartmayacam deyə elə bir plan yoxdur. Kim işin öhdəsindən gəlir, işini davam etdirir. Kim də tələbata cavab vermir o da çıxıb gedir”.
Qeyd edək ki, bir müddət əvvəl yeni nazirin iki müavini Aslan Aslanov və Bəhram Əliyev tutduqları postdan azad edilib.
Nihadə Eyyubova