Gülər Əhmədovanın məhkəməsi təxirə salındı

Gülər Əhmədovanın məhkəməsi təxirə salındı
  25 Noyabr 2013    Oxunub:1169
Sabiq deputat Gülər Əhmədovanın bu gün saat 11:00-a təyin olunan məhkəmə prosesi yenidən təxirə salınıb.

Eks-deputatın məkhəmə prosesi izləyən əməkdaşımızın sözlərinə görə, prosesin təxirə düşməsinə səbəb Gülər Əhmədovanın vəkili Əfsər Talıbovun prosesə qatılmamasıdır.

Prosesinin sabah keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti