Səfir:`Qarabağın həll olunmaması İranın ziyanınadır`

Səfir:`Qarabağın həll olunmaması İranın ziyanınadır`
  25 Noyabr 2013    Oxunub:1402
İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Ermənistan-Azərbaycan prezidentlərinin Vyanada keçirilən son görüşünü şərh edib.
"Dağlıq Qarabağ münaqişəsinin davam etməsi İranın xeyrinə deyil və bu ölkəyə təsirsiz ötüşmür."

İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Ermənistan-Azərbaycan prezidentlərinin Vyanada keçirilən son görüşünü şərh edərkən belə deyib.

O bildirib ki, biz Ermənistan ilə Azərbaycan arasında Dağlıq Qarabağ münaqişənin tənzimlənməsi üçün istənilən sülh danışıqları və sülh fəaliyyəti üçün atılan addımları dəstəkləyirik: “Münaqişənin həlli üçün iki ölkə rəhbərlərinin görüşü çox yaxşı haldır. Biz baş tutan bu görüşü yaxşı dəyərləndiririk. Bizim nəzərimizcə indi Dağlıq Qarbağ münaqişəsinin həll olunmasının zamanı çatıb."

Səfir vurğulayıb ki, münaqişənin həll edilməməsi nəinki Azərbaycanın, Ermənistanın, regionun başqa ölkələrinə, o cümlədən İranın da ziyanınadır."


Teqlər:  





Xəbər lenti