“Hafiz Məmmədovu tanımıram”
AzVision.az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) Siyaso Şurasının üzvü, deputat Aydın Mirzəzadə iş adamı Hafiz Məmmədovla bağlı facebook səhifəsində bildirib.
Deputat vurğulayıb ki, xarici jurnalistlərin onunla görüşdən olan təəssürütdan belə başa düşdüm ki, Hafiz müəllimin ya imicmeykerləri yoxdur, ya da onların işi bizim əleyhimizə işləyir.
“Jurnalistlərin qarşısında uğurlu bir iş adamı obrazı yaradıla bilmədi. Xarici nümayəndə heyətlərini qarşılayanması ilk növbədə onları yaxşıca yedirib-içirdilməsi ilə başlanıb. Bu azmış kimi fransız jurnalistlərə malikanə göstərilir, onlara hovuz, istirahət otaqları göstərilir.
“Nə barədə istəyirsinizsə, sual verin, bunların hamısı sizin xidmətinizdədir” bildirildi.
Ən əsası isə H.Məmmədov ondan müsahibə alan jurnalistlərə 16 min dollar dəyərində 2 qol saatı bağışlamağa çalışır. Jurnalistlər isə bu hədiyyədən imtina edirlər”-deyə YAP-çı depurar iradlarını bildirib.
Deputat hesab edir ki, H.Məmmədovun belə reklam edilməsi məqsədəuyğun deyil.
“Bizə belə reklam lazımdırmı ? Hafiz Məmmədovun bir müasir, Avropa xüsusiyyətli obrazının yaradılmasına daha çox ehtiyaci var idi, nəinki, onun hovuzlarının göstərilməsinə. Onun köməkçiləri Avropada bahalı hədiyyələrə mənfi münasibət olduğunun fərqinə varmalı idilər. Çox təəssüf edirəm ki, həmyerlimizin işgüzarlığının əvəziə xarici junalistlərə onun sərvətinin göstəriliməsinə üstünlük verildi”.
Rüstəm İsmayılov