“İranla münasibət qurmağa məhkumuq” - DEPUTAT

“İranla münasibət qurmağa məhkumuq” - DEPUTAT
  26 Noyabr 2013    Oxunub:1193
“Azərbaycanla-İran arasında normal münasibətlər var. İki bir-birinə zidd ideologiyası, fərqli yaşam şərtləri olan iki ölkənin bir-birinə münasibətdə olan davranışları normal qəbul olunmalıdır”.
Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fazil Mustafa Azərbaycan-İran münasibətlərindəki son durumu şərh edərkən deyib:

“Azərbaycanın əlində elə əsaslar var ki, İranla münasibət saxlamaq mənəvi cəhətdən çox ağırdır. Çünki, Ermənistana dəstək verən bir ölkə ilə bu əlaqələri açmaq çox çətindir. Amma qonşuluq münasibətlərinə görə əlaqələrimizi davam etməyə qərarlıyıq. Bütün hallarda İranla bizim müəyyən tarixi köklərdə və gələcəyimizlə bağlı müsbət məqamlar bağlayır”.

F. Mustafa açıqlamasında Azərbaycan-İran sərhədlərinin açılma prosesinin ləngiməsinə də aydınlıq gətirib. Deputat bu məsələdə İranla ümumi razılaşmanı əldə edilməsinin vacib olduğunu diqqətə çatdırıb.

“Yüksək səviyyədə danışıqlar apararaq, bu məsələni həll etmək lazımdır.Biz artıq İranla bir qərara gəlməliyik. İranla bu sərhəd məsələsini və başqa məsələləri bir-birinə təzyiq vasitəsi kimi istifadə etməməliyik. Bu, qonşuluq prinsiplərinə ziddir, İranın bütün hallarda, Azərbaycana qarşı xoşa gəlməyən fəaliyyətləri, Ermənistanla ciddi bir əməkdaşlıq əlaqələri olsa belə iki qonşu ölkə kimi -bir-birimizlə münasibət qurmağa məhkumuq”-deyə parlament üzvü qeyd edib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti