“Tağı Əhmədov özünü apara bilmir” - ANS-dən AÇIQLAMA
Bunu AzVision.az-a açıqlamasında ANS Şirkətlər qrupu prezidentinin müşaviri Mais Məmmədov telekanalın Bakı Metropoliteninin rəisi Tağı Əhmədovu “mətbuatın düşməni” elan etməsinə münasibət bildirərkən deyib.
M.Məmmədov hesab edir ki, Metropoliten rəisi jurnalistlər qarşısında özünü apara bilmir:
“Materialda olan hər bir fakt dəqiqdir. Bizim müxbirimizi itələyib, o birinə kobud cavab verib. Süjetlərin birində deyir ki, maqazin mənimdir, nə istəyirəm onu da satıram. Bu nə deməkdir? Bu hərəkət ona yaraşmır. Böyük bir kollektivin rəhbəridir. Belə danışarlar heç? Sizinlə bu cür danışsalar, xoşunuza gələr? ANS-in jurnalistləri olmasın, digər jurnalistlərlə rəftarını görmüsünüz. Buna şərh lazım deyil”,-deyə, Mais Məmmədov əlavə edib.
Qeyd edək ki, ANS telekanalının dünənki “Xəbərçi” buraxılışında Bakı Metropoliteninin rəisi Tağı Əhmədovla bağlı süjet efirə verilib. Süjetdə qurum sədri “mətbuatın düşməni adlandırılıb.
Nihadə Eyyubova