Məmmədyarov Davudoğlu ilə görüşdü

Məmmədyarov Davudoğlu ilə görüşdü
  26 Noyabr 2013    Oxunub:916
Azərbaycan və Türkiyə xarici işlər nazirləri regional prosesləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının Tehranda keçirilən 21-ci iclası çərçivəsində Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşüb.

Türkiyə və Azərbaycanın xarici siyasət rəhbərləri görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edib, regional proseslərə dair fikir mübadiləsi aparıblar. Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatının bugünkü iclasında Azərbaycan təşkilata rəhbərliyi İrana verəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti