Gülər Əhmədovanın məhkəməsi gələn aya qaldı
AzVision.az-ın prosesi izləyən əməkdaşının verdiyi məlumata görə, iclasda çıxış edən eks-deputat özünü yaxşı hiss etmədiyi üçün son çıxışını edə bilməyəcəyini deyib.
G.Əhmədova barəsinə irəli sürülən ittihamla razılaşmayaraq hakimdən özünü toparlayaraq çıxış etmək üçün bir neçə gün vaxt istəyib.
O həmçinin səhhətinin pis oldunu deyərək müayinəsi üçün həkimlə təmin edilməsini istəyib.
Eks-deputat bundan əlavə məhkəmədə dəmir barmaqlıqlar arasında otumaqdan əzab çəkdiyini deyərək oradan çıxarılmasını xahiş edib.
“Xahiş edirəm məni bu iztirabdan xilas edin. Buraxın burdan vəkilin yanında oturum”.
Fasilədən sonra hakim çıxış edərək G.Əhmədovanın son çıxış üçün vaxt tələb etməsinin qanuni olduğunu vurğulayıb.
Eks-deputatın sonuncu məkhəmə prosesinin dekabrın 2-də saat 10:30-da keçiriləcəyi bildirilib.
Fatimə Kərimli